“Cığır” MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin İsmayıllı və Ağdaş bölgələri üzrə bağlanış tədbiri baş tutdu. Baglaniş tədbirində 3 ay müddətində könüllülərimizin uşaqlarla canlı və onlayn şəkildə mütaliə apardığı “Balaca şahzadə” kitabının yekun müzakirəsi edildi. Uşaqlarla təbiətlə ünsiyyət və təfəkkür üzərinə proqram-oyun keçirildi. Sonda “Balaca Şahzadə” kitabı üzərindən təşkil olunan müsabiqədə qalib olan iştirakçılara kitablar hədiyyə olundu və sertifikatlar təqdim edildi. Həmçinin analarla da layihə müddətində əyani və onlayn formada mütaliəsi edilən “Balaca şahzadə” kitabının müzakirəsi edildi.
Tədbirin təşkilində göstərdiyi dəstəyə və yaradılan şəraitə görə İsmayıllı və Ağdaş rayon İcra Hakimiyyətinə təşəkkürümüzü bildiririk.