“Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi çərçivəsində könüllülər ilə ikinci təlim baş tutdu. Görüş interaktiv, maarifləndirici və ruhlandırıcı şəkildə təşkil olundu. Təlimin mövzusu “Yaradıcı düşüncə” haqqında idi.
Təlim “Cığır” MDİD İB-nin təsisçisi, fil. ü. f. d. Yeganə Mirzəyeva tərəfindən aparıldı. O, yaradıcı düşüncənin mahiyyəti, inkişaf yolları və oxu mədəniyyətindəki rolu barədə dərin müzakirələr apararaq, “Balaca Şahzadə” əsərini yaradıcı yanaşma ilə təhlil etdi. Bu yanaşma gənclərdə fərqli düşünmə və təhlil etmə bacarığını gücləndirdi.
Təlim könüllülərdə qiraətə marağın artmasına, yaradıcı və analitik düşüncənin inkişafına töhfə verdi.
“Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi oxu vərdişlərinin təşviqini, ədəbiyyata fərdi yanaşmanın formalaşmasını və düşünən gənclərin yetişməsini hədəfləyir.