Müqəddəs Ramazan ayının 10-cu günü süfrəmiz bərəkətlə açıldı.

Müqəddəs Ramazan ayının 10-cu günü süfrəmiz bərəkətlə açıldı.

“Siz Allah yolunda nə xərcləsəniz, Allah onun əvəzini verər.O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39-cu ayə)

Müqəddəs Ramazan ayının 10-cu günü süfrəmiz bərəkətlə açıldı. Bu xeyirxah təşəbbüsü himayəçilərimizin fədakarlığı,səxavəti gerçəyə çevirdi. Bu axşam iftar süfrəsində 19 əmanətimiz, 14 ana va 20 könüllü tələbə bir araya gəldi. Balacaların sevinc dolu gülüşləri, anaların duaları və könüllülərimizin ürəkdən gələn xidmətləri bu axşamı unudulmaz etdi. İftar süfrəsinin hazırlanmasında könüllü analarımızın əllərinin duzu-duası vardı. Onların hər zərrə əməyi, bu süfrəyə sevgi və şəfqət qatdı. Tədbirin ən duyğulu anlarından biri isə könüllülərimizin balaca qəhrəmanlara səhnəcik hədiyyəsi oldu. Onlar Ramazan dəyərlərini əks etdirən gözəl bir tamaşa ilə əmanətlərimizin sevincini qat-qat artırdılar. Analarımız ekoçanta üzərində master-klas keçdikdən sonra onlara Azərbaycan dilinə tərcümə olunmuș Quran kitabı hədiyyə edildi. Həmçinin, “Mülk” mağazası tərəfindən hər birinə geyim dəsti təqdim olundu. Bu xeyirxah işdə bizimlə olan himayəçilərimizə , anaların master-klas təşkili üçün “Rəngahəng” SSL,mərkəzimizin önündə iftar açmaq üçün insanları isti su,xurma ,düşbərəyə ikram edən könüllü analara və bu bərəkətli süfrənin baş tutmasına töhfə verən hər kəsə sonsuz təşəkkür edirik!

Unutmayaq ki, sədəqə yalnız ehtiyac sahibinə verilən bir nemət deyil, həm də verənin qəlbini zənginləşdirən, ruhunu işıqlandıran bir lütfdür.