“Vətəndaş cəmiyyəti quruculuğunda islam həmrəyliyinin rolu” mövzusunda konfrans keçirildi.

“Vətəndaş cəmiyyəti quruculuğunda islam həmrəyliyinin rolu” mövzusunda konfrans keçirildi.

20 dekabr, 2024-cü il tarixində BDU-nun islamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.dok., “Cığır” MDİD İB-nin təsisçisi Yeganə Mirzəyeva “Vətəndaş cəmiyyəti quruculuğunda islam həmrəyliyinin rolu” mövzusunda mühazirə-konfrans keçirdi.

Zoom platformasında keçirilən tədbirdə 89 iştirakçı iştirak etdi. Yeganə xanım çıxışında, “Cığır” Mənəvi Dəyərlərin Inkişafına Dəstək Îctimai Birliyinin qurulmasında islam həmrəyliyinin rolunu vurğuladı. O, Qurani-Kərimdən sitat gətirərək, İslamın vətəndaş cəmiyyətinin formalaşmasında istiqamətverici olduğunu qeyd etdi. Fatihə surəsini kollektiv şüurun təcəssümü kimi dəyərləndirən Yeganə xanım, birgəlik və həmrəyliyin cəmiyyətin inkişafı üçün vacib olduğunu bildirdi. Tədbir zamanı iştirakçılar mövzu ətrafında müzakirələr apardı və islam həmrəyliyinin sosial layihələrdə tətbiqi ilə bağlı suallar verdilər. Bu konfrans mənəvi dəyərlərin cəmiyyət həyatında rolunun artırılmasına töhfə verdi.