24 mart 2025-ci il Rayonlarda Ramazan ayının bərəkəti, xeyirxahlıq ruhu bu dəfə gözəlliyi və tarixi ilə seçilən Şəkidə yaşandı.

24 mart 2025-ci il Rayonlarda Ramazan ayının bərəkəti, xeyirxahlıq ruhu bu dəfə gözəlliyi və tarixi ilə seçilən Şəkidə yaşandı.

24 mart 2025-ci il
Rayonlarda Ramazan ayının bərəkəti, xeyirxahlıq ruhu bu dəfə gözəlliyi və tarixi ilə seçilən Şəkidə yaşandı. Hər biri özündə bir dünyanı daşıyan əmanət uşaqlarımız, onların qayğıkeş anaları və fədakar könüllülər böyük bir ailə kimi bir araya gəldi.
Xeyirxah insanların dəstəyi ilə təşkil olunan bu məclisdə 26 əmanət uşaq, 15 ana və 11 gənc könüllü iştirak etdi. Tədbir zamanı könüllülər uşaqlar üçün Ramazan dəyərlərini əks etdirən maraqlı bir tamaşa nümayiş etdirdilər. Analara isə ekoçantalar üzərində master-klas keçirildi. Tədbirin sonunda analara müqəddəs Qurani-Kərim hədiyyə edildi.
İftar süfrəsindən sonra uşaqlara şirniyyat qutuları, kitab dəstləri və səccadələr təqdim olundu.
Himayəçilərimizin əmanətləri ailələrimizə çatdırıldı,həmçinin ərzaq paketi verildi.
Bu xeyirxah tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.