22 dekabr, 2024-cü il tarixində növbəti “İşığım san ol” himayə konfransı keçirildi. Gənc könüllülərimiz dinləyicilərə “Cığır” MDİD İB-nin fəaliyyəti va konfransın məramı haqqinda məlumat verdilər. Bildirildi ki, himayə konfransının mahiyyəti cəmiyyətdə mərhəmət hisləri oyatmaq məqsədilə atası dünyasını dəyişmiş uşaqların cəmiyyətlə bağlarını möhkəmləndirmək və himayəçilik ruhunu yaymaqdır.
Gənclər dinləyicilərə himayəçi gözləyən əmanətlər haqqinda məlumat təqdim etdilər. Konfransda duyğulu anlar yaşandı. Qürurverici hal odur ki, konfransda əmanətləri təqdim edən gənclərin çoxu özləri də əmanətlərdir. Onlar da xeyirsevər insanların dəstəyi ilə böyüyüb, təhsil alıb, cəmiyyətə yararlı şəxslər olublar. Bu gün könüllü kimi fəaliyyət göstərərək körpə əmanətlərin də onlar kimi yetişməsində dəstək göstərirlər.