Əziz xeyirsevərlər! Sizləri “Ramazan qatarı” adlı xeyriyyə satışımıza dəvət edirik. Ramazan təmizlənmə, paklanma ayıdır. Bu müqəddəs aya yetimlərə dəstək olaraq, daxil olaq. Onların qəlbi sevgi və sevincin qaynağıdır. Ramazanımız bərəkətli […]
Year: 2019

“Özünü kəşf et” layihəsində əmanətlərimizlə görüşdük.
“Boya” rəsm dərnəyinin “Özünü kəşf et” layihəsi balaca istedadların xəyal aləmini barmaqlarının ucundan süzərək rənglərə tökməsi üçün hər həftə onlarla bir araya gəlir.

Düşərgədən qayıdan tələbələrlə sevgi toru qurduq.
“Cığır”da ənənəvi “sevgi toru” bu dəfə 3 günlük düşərgədən qayıdan tələbələr arasında quruldu. “Nəsimi işığında xəzinə axtarışı” adlı kitab düşərgəsi zamanı müxtəlif ali məktəblərin tələbələri “Cığır”ın Qəbələdəki əmanətləri ilə görüşüb, […]

Xeyriyyəçi tələbələrlə mütaliə kampı təşkil etdik.
“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi xeyriyyəçi tələbələr cığırının müxtəlif ali məktəblərdən olan tələbələri ilə bərabər “Oxu günü” çərçivəsində “Nəsimi bu gün” layihəsinə müvafiq olaraq mütaliə kampı təşkil etmişdi. […]

“Bir çiçəklə yaz gələr!” iməciliyi keçirildi.
Balaca barmaqlar bir olub dunyanın sinəsinə naxışlar hördü – çiçəklər əkdilər, boyadılar, paylaşdılar və ən əsası sevdilər! “Salam yurdu” təlim tədris mərkəzimizdə yenidən iməcilik keçirildi və əmanətlərimiz onlara əmanət olunmuş […]

“Qız qalası” və “Şirvanşahlar saray kompleksi”nə gəzinti təşkil edildi.
Yaz tətili günlərində “Salam yurdu” təlim tədris mərkəzinin şagirdlərinin vaxtlarının səmərəli keçməsi yönündən “Qız qalası” və “Şirvanşahlar saray kompleksi”ndə gəzinti təşkil edildi. Tarixi abidələrin yaranma tarixi, fəaliyyət istiqamət sahələri mövzusunda […]

“Cığır” “Sound İdea”nın təşkil etdiyi xeyriyyə tədbirinə dəvət olundu.
“Sound İdea”nın təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirində “Cığır” əmanətləri çox xoşbəxt oldu. Təbəssüm dolu bir baxış qəlblərdə naxışa cığır açdı. Özünə inam və sevgi ruhunda böyümələrinə yardımçı ola bilməkdir qayəmiz. […]

“Cığır” MDİD İB əmanətləri “Milli Mənəvi İnkişaf və Həmrəylik” İB-nin tədbirində qonaq oldu.
“Cığır” MDİD İB əmanətləri ilə “Milli Mənəvi İnkişaf və Həmrəylik” İctimai Birliyinin dəvəti ilə təşkil olunan tədbirdə iştirak etdi. Təbəssümü ilə baharı xatırladan uşaqlara xoş əhval-ruhiyyə bəxş etmək insanlığın qayəsi […]

Xeyriyyə satışımız “Bahar fəsli kimi gözəllik müjdəçisi ol!”du.
Gözəllik və sevgi adına cəm olduq. Xeyriyyə satışımızda əmanətlər, tələbələr və gənc ruhlu hər kəslə bahar fəslinə “xoş gəldin!” söylədilər. İnsanlığın salama ehtiyacı olduğuna bir daha şahid olduq. Gül […]

“Bahar fəsli kimi gözəllik müjdəçisi ol!” xeyriyyə satışımıza dəvətlisiniz!
Əziz xeyirsevərlər! Baharın ətri duyulur. Torpaq canlanmaqda, yazın gəlişi ilə yeni müjdələr sorağını çatdırmaqdadır. Tumurcuqlayan ağaclar, civildəşən quşlar bizləri xeyir yarışına dəvət edir. Gəlin, biz də bahar fəsli kimi gözəllik […]