06.04.2025-ci il tarixdə “Salam Yurdu”nun 9-cu sinif əmanətləri ilə təbiətin qoynunda unudulmaz, rəngarəng bir gün keçirdik.
Buraxılış imtahanı ərəfəsində gərgin hazırlıq prosesindən bir qədər uzaqlaşıb dincəlmək, rahatlanmaq və imtahan stressini aradan qaldırmaq üçün Mərkəzi Parkda piknik təşkil etdik. Bu səmimi görüşdə uşaqlar birlikdə təbiətdən zövq aldılar.
Nahar zamanı hər bir əmanət öz əli ilə hazırladığı nemətləri dostları ilə bölüşdü.
Bu paylaşım həm süfrəmizə, həm də qəlblərimizə isti, səmimi bir ab-hava bəxş etdi.
Dostluq, birlik və mənəvi dəyərlər pikniyin əsas rənginə çevrildi.
Tədbirimizə ilk dəfə qoşulan əmanətlərimiz üçün bu gün bir örnək, gözəl bir başlanğıc oldu. Onlar həm yeni dostlar qazandılar, həm də “Salam Yurdu”nun isti ailə mühitini daha yaxından hiss etdilər.
Günün sonunda isə hər biri bir-birinə uğurlar arzulayaraq, xoş sözlərlə vidalaşdılar .
Əziz balalar, yolunuz açıq, zehniniz parlaq olsun!
İmtahanınız ürəyinizcə keçsin! Sizə inamımız sonsuzdur!
