Ölkəmizdə hazırda mövcud olan pandemiya şəraiti özü ilə daha çox öyrənmək və biliyimizi daha çox bölüşmək üçün əvəzolunmaz fürsətlər də gətirib. Respublikamızda bir çox qabaqlayıcı tədbirlər görülüb və izolyasiya rejimi tətbiq olunub. Bununla yanaşı dövlətimizin mədəni və təhsil səviyyəsini yüksək tutmaq üçün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bir çox dəstəkləyici fəaliyyətlər həyata keçirmək üçün davamlı görüşlər həyata keçirir.
Belə bir şəraitdə, Cığır İB-nin himayəsində olan atası dünyasını dəyişmiş məktəbli uşaqların boş vaxtlarını maksimum dəyərləndirmək üçün könüllü gənclərimiz dünyanın ən çox danışılan və dünyada mövcud olan informasiyanın 80% saxlandığı dil olan ingilis dilinin yaradıcı və əyləncəli tərzdə yeni tədrisinə başlayır.
İngilis dili tədrisi danışıq və oxuma bacarıqlarının inkişafını hədəfləyir və oyunlar, kitablar, maraqlı filmlərin dəstəyi ilə həyata keçiriləcək. Qeyd edək ki, dərslər Beginner,Elementary və İntermediate səviyyələri üzrə aparılacaq.