Who is an orphan?

Yetim kimdir?

"Yetim insanlığın güzgüsüdür."

Yetim gülsə, dünya gülər.

Yetim məfhumu səmavi dinlərin şiddətlə tövsiyə etdiyi əsas aspektlərdəndir. Cəmiyyətin işıqlı gələcəyi, sevgi və salam üzərində bərqərar olması üçün bütün dinlərdə bu məsələyə xüsusi diqqət yetirilir. Sağlam şəxslər sağlam cəmiyyətin təməlidir.

"Dünyanı qaranlıqdan aydınlığa çıxaran Kitab bir yetim qəlbinə endi."

Ərəb dilindəki “yetim”, ərəb dilində “yutm” kökündən gəlir “atasız” mənasını ifadə edir, türk dilindəki “öksüz” kəlməsi isə “ök”- “bağ, ip”, “göbək bağı” mənasını ifadə edərək “anasız” mənasında işlənilir. Yetimlik yeniyetməlik dövründən əvvəl atanı itirməkdir. Fikh dilində yetim- atadan məhrum olan uşaq deməkdir. Əri dünyasını dəyişən qadına da dul mənasını verən yetim sözü istifadə olunur.

 

"Nur özünə məkan olaraq yetim qəlbi seçdi."

Hər insan qəlbinin mərhəmət, sevgi və salam ölçüsünə müvafiq münasibət göstərdiyi insan kateqoriyasıdır yetimlik. Atası dünyasını dəyişmiş insan bir güc, dayaq, dost axtarır hər zaman. Yaradan heç bir zaman almaq üçün almaz, o yalnız vermək üçün alar. İnsanın valideynini ( vəli=dost, valideyn = iki dost) alan Allah Vəli və Qəyyum olaraq özü sahib çıxır. Allahın özünə dost etdiyini dost olaraq qəbul etmək, zənnimizcə şərəf, izzət, ləyaqət məqamına üz tutmaqdır.

"Həyatın yeknəsəq axarını dəyişəcək bir istiqamətdir yətim."

Külli aləmin yaradılış sistemi ümdə qanunlara tabe etdirilmişdir. Qanunlardan biri “Təsir əks təsirə bərabərdir.”- qanunudur. Uca Yaradanın yaradılış sisteminə uyğun olaraq – “Yetimi ədalətlə ayağa qaldırın!” – əmrinin təbiət qanununa müvafiq anlamağa cəhd edək: “Yetimi ədalətlə ayağa qaldırın” – əmrinə tabe olmaq və o əmrin sənə dönüşü, ədalətin səni sarması deməkdir.

Yetimə olan yaxşılığın insanın özünə etmiş olduğu ən böyük xeyir olduğunu aşağıdakı hədis belə anladır. “Ürəyinin yumşalmasını və hacətinə çatmaq istəyərsənmi? Elə isə yetimə mərhəmət et, onun başını oxşa və ona yediyindən yedir. Qəlbin yumşalar və hacətinə çatarsan” (Gümüşhanevi, Camadiul. Əbu Dərda).

 

"Yetim qəlbdəki mərhəməti oyandıran daxili gücdür."

Allahın dəyər verdiyi əxlaq – yetim tapıb, ona sığınacaq vermək və yetimə gözəl davranmaq, onu himayə etmək, ədalətlə ayağa qaldırmaqdır. Allahın insana tövsiyə etdiyi, əmr etdyi əxlaq və ədəbi insanın kamillik dərəcəsinə qalxması üçün pillələr kimi qəbul etsək, yetimə dəyər, onun qayğısını çəkmək insanın ilk növbədə məhz özünün ehtiyacı olduğu məqamdır. Yetimə qayğı və diqqət göstərməyin ibadət olduğu gün kimi aşkara çıxır.

 

Yetim deyib keçməyin...

Evinizdə, qəlbinizdə, süfrənizdə qoruyun.
Canlı Quranlarla evinizi işıqlandırın.
Quran Nurdur. Kəlimələri Nurdur = gücdür = salamdır.
Qəlbinizi, mənzilinizi Nurla zənginləşdirin.
Quranın əmri qəlblərə şəfadır.
Yetim deyib keçməyin…
Özünüzü şəfadan, səfadan, nurdan, salamdan… məhrum etməyin.

Sosial mediada bizi izləyə bilərsiniz.