Бланк волонтёра

Könüllü müraciət forması

Cığıra qoşulun!

Verdiyiniz sədəqələrlə sevgiyə ehtiyacı olanların yanına tələsin. Yetimlərin dünyasında yerimizin olması ən böyük xoşbəxtlikdir. Zamanınızı, enerjinizi, potensialınızı, Kitabımızın təbirincə desək, “malınızı, canınızı” infaq edin. Bir insanın aldığı hər nəfəs üçün şükrü lazımdır. Bu şükrü Allahın əmanəti olan yetimlərin könlünü xoş etməklə verək. Yetimin qəyyumu Allah, sahibi Allah…

Sən axirətə gedən yolda azuqə olaraq nə tədarük edirsən, yaradılış qayən nədir? Səni ən üstün yaradana Onun razı qalacağı işlərlə tələs. Varlıq səbəbin budur. Fərz et ki, öldün… Ölümə başlanğıc qədəmin çiçəklərin rayihəsi ilə başlasın, istəməzsənmi?…

Qurani-Kərimdə 23 ayədə haqqında danışılan yetimlərin yanında olmaq üçün bizə qoşulun.

Sizinlə işləməyi səbirsizliklə gözləyirik 🙂

Dizayn

“Cığır” MDİD İB tərəfindən keçirilən tədbir və ya layihələr haqqında elan, braşür və s. hazırlanması, və ya dizayn proqramlarının könüllülərə və himayəmizdəki “əmanətlər”imizə tədrisi.

Sosial Media/Mətbuat

Sosial şəbəkələrdə elan və xəbərlərin paylaşımı, SMM, tədbir və layihələrin fotoşəkil və videolarının çəkilməsi və hazırlanması.

“Cığır” MDİD İB nəzdində fəaliyyət göstərən “Salam yurdu” təlim-tədris mərkəzində keçirilən dərs və dərnəklərdə könüllü müəllimlik.

"Şirin qiraət"

“Cığır” MDİD İB nəzdində fəaliyyət göstərən və gəliri heç bir maddi qazanc güdmədən himayəmizdəki “əmanət”lərimizə sərf olunan “Şirin qiraət” bookcafe-mizdə xidmət.

"Mülk"

“Cığır” MDİD İB nəzdində fəaliyyət göstərən və gəliri heç bir maddi qazanc güdmədən himayəmizdəki “əmanət”lərimizə sərf olunan “Mülk” xeyriyyə alış-veriş mərkəzində xidmət.

"Burada nefes almasam, ne diye geleyim?" 🙂

"Merhaba. Ben Muhammed. Tasarımcı Danışman olarak gönüllü çalışıyorum. Cığır'da gönüllü olmak öyle bir şeydir ki her an tebessüm edebilmeyi, her işte koşturabilmeyi ve her işi yapabileceğini bilmeyi gerektirir. Kimse size bunları söylemez ama siz bunu istersiniz. Size bu iş için para verseler, bu kadar zevk alamazsınız."
Muhammed Beraat Köstekçi
RƏHBƏR DİZAYNER

Layihələr

Yuxarıda göstərilənlərdən əlavə, tədbir və layihələrimizlə də yaxından tanış olaraq ixtisas, maraq və ya bacarığınıza uyğun olduğunu düşündüyünüz layihəni seçərək təşkili və ya həyata keçirilməsində fəaliyyət göstərə bilərsiniz.

Müraciət forması

Çoxsaylı seçim edə bilərsiniz.

Sizi gözləyirik

Sosial mediada bizi izləyə bilərsiniz.