Birlikdə yaxşılığa çevrilək...
“Cığır”ın əsas iş prinsiplərindən biri könüllü fəaliyyətidir. Könüllü fəaliyyət cəmiyyətin sağlam əsaslarla inkişafı deməkdir. Cəmiyyətdə istehlakçılıq tələbinin artması insanlarda daha çox pul qazanmaq istəyini artırdıqca, mənəvi dəyərlər kasadlaşmağa başlayır və beləliklə, mənəvi dəyərlərə əsaslanmayan cəmiyyətin depressiv olması labüddür.