Gönüllü Faaliyetleri

Gönüllü Faaliyetleri

Cığır”ın əsas iş prinsiplərindən biri könüllü fəaliyyətidir. Könüllü fəaliyyət cəmiyyətin sağlam əsaslarla inkişafı deməkdir. Cəmiyyətdə istehlakçılıq tələbinin artması insanlarda daha çox pul qazanmaq istəyini artırdıqca, mənəvi dəyərlər kasadlaşmağa başlayır və beləliklə, mənəvi dəyərlərə əsaslanmayan cəmiyyətin deqradsaiyaya uğraması labüddür. Könüllü fəaliyyət isə insanın təmənnasız faydalı olmaq prinsipinə dayanır. Xoşbəxtlik daha çox qazanıb, artırmaqla, rahat həyata sahiblənməklə deyil, faydalı olduğunu anladıqca əldə olunan bir duyğudur. İnsanın ruhunu təmizləyən yardımlaşma, paylaşma, sevmək, fədakarlıq mənən insanı duruldur, anarxiya, xaos, qəzəb, nifrət yaradan bütün neqativlərdən uzaqlaşıdırır.

Könüllü fəaliyyəti müasir psixoloji baxışla altruizim kimi də dəyərləndirə bilərik. Altruist həyat tərzi öz istəklərinə başqalarının istək və arzularını tərch edir. Dini yanaşma ilə bu muhsin əxlaq tərzi kimi dəyərləndirilir.”Muhsin” “ən gözəl”i kimi anlaşılır.Yaradanın da Muhsin adlı ismi vardır. Qurani Kərimin İnsan surəsində yaxşılıq etməyin əsas təməli təmənnasızlıq, qarşılıq gözlənilmədən edilən yaxşılıq tərzidir. “Bis sizdən bunun müqabilində təşəkkür gözləmirik” – deyə cavab verməlidir, yaxşılıq edən insan ona təşəkkür edənə ən üstün altruist isə təmənnasız yaxşılıq etməklə işini bitirmir, bu gözəlliyin yolunu başqalarına öyrədir. Altruist və ya könüllü insan bacarıq və qabiliyyətlərini qarşılıq gözləmədən başqaları ilə bölüşür. “Cığır” yetimə və ailəsinə bir fərdin və ailənin istənilən ehtiyaclarına qarşılıq verməyi qarşıya məqsəd qoyduğu üçün istənilən ixtisas sahibindən tutmuş, evdar qadının belə dəstəyinə öz qucağını açmışdır. Belə ki, geniş könüllü fəaliyyəti istənilən istiqamət və sahədə mənəvi dəyərlərin inkişafı deməkdir.

Cığır” nümayəndəsi ilə əlaqə saxlanılıb, geniş məlumat verilidikdən sonra həmin şəxs bacarıq və keyfiyyətlərinə müvafiq könüllü dəstəyə yönləndirilir.Kimsənin xeyir işdə, faydalı olmaqla mənəvi dəyərlərinin işıqlanmasında kənarda qalmaması üçün “Cığır” davamlı tədbirlər keçirir və könüllülər yönləndirilir.Hər kəsin faydalı olmaq kimi tələbatı vardır.Çünki biz Yaşadığımız təbiətin ən önəmli hissəsiyik və təbiət faydalılıq prinsipi üzərində öz varlığını sürdürür.

Çoxsaylı seçim edə bilərsiniz.