Хранилище

Hovuz

"Kim Allaha gözəl bir borc versə, O da onun üçün bunu qat-qat artırar." (Bəqərə, 245)

Həmrəy olaraq ehtiyac sahibinin yanında olmaq ən ümdə mənəvi dəyərdir.

“Cığır” ata qayğısından məhrum uşaqlara cəmiyyətin hər yardımsevər, xeyriyyəçi insanı ilə həmrəy olaraq dəstək, sevgi və qayğı göstərmək amalı ilə fəaliyyət göstərir. Mənəvi dəyərimiz olan qayğı, sevgi, yardımsevərlik kimi altruist keyfiyyətlərin insanlar arasında geniş təbliği, insanların asudə vaxtlarını xeyirxahlıq adına yarışlara həsr etməsi mənəvi dəyərlərimizin birbaşa inkişafı və qorunmasıdır.

Paylaşdıqca onun ruhu azadlıq əldə edərək sanki əngin fəzalarda uçur.

Könüllü xeyirsevərlik = altruizm həm yardıma ehtiyacı olan insanı xoşbəxt edir, həm də insan daxili dünyasını, ruhunu gözəlik ehtiyacını təmin etmiş olur. Yaxşılıq etmək insanın daxili mənəvi tələbatıdır, bu tələbat ödənildikcə insan xoşbəxtliyin sirrinə varmış olur. Başqalarının dərdilə dərdlənərək insan öz sıxıntılarını unudur. Faydalı olmaq onun özünə bir dəyər qatır.

Həyatın sərt küləyinə, kəskin yağışına məruz qalan əmanətlərə Sizlərlə birlikdə qucaq açmağa niyyətləndik.

Beləliklə, yardımsevər insan həm əmanət balalarımıza dayaq, həm də öz dəyərinə dəyər qataraq xoşbəxtlik eliksirini dadmış olur.  Gəlin birlikdə Onlara qanad verək, küskün baxışlarına sevinc qataq. Onların ümid sahili olaq.

Bu gün Cığır himayəsində yüzlərlə uşaq var. Bu uşaqların bəzilərini təmin edən insanlar var. Bəzilərinin isə hələ də gözü yoldadır. Göstərdiyiniz bu qayğı, insan mərhəmətinin və sevgisinin ətrafı işıqlandırıb qidalandırdığı rəhmət sularına bənzəyir, üzərimizə göydən yağan rəhmət yağışına bənzəyir.

 

Biz sizinlə birlikdə bu göstərdiyimiz dəstəyin “dirək” olmasını çox arzu edirik.

Dərin təşəkkürlərimizlə bildiririk ki, Sizlər tərəfindən də çox saylı təkliflər alırıq.

Cığır” həyatın istənilən sürpriz anında dəstək ola bilmək, qəfil hadisələrə hazır olmaq birliyin özünün belə dirək ola bilməsi üçün HOVUZ yaratdı.

 

Hovuz – balalarımıza olunan yardımların Allahın sizin vasitəçiliyiniz ilə endirdiyi rəhmət təcəllisidir.

“Cığır”da savab qazanmaq üçün daha da böyük fürsətlər yaradan “hovuz” adlı bölmənin fəaliyyətini müvəffəqiyyətlə davam etdirə bilməsi xeyirsevərlərin məsuliyyətindədir.

Bəqərə/270 “Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir.”

Səba/39 “… (Allah yolunda) nə xərcləsəniz Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır.

Hovuzun məqsədi:

1.Aylıq ödəmə gecikdiyi zaman;

2.Qəfil hadisə baş verdiyi zaman ianə toplanacağı müddətə qədər;

3.Vacib layihələrin gerçəkləşməsi üçün;

4.Birliyin fəaliyyətinin ayaqda durması üçün birliyin xərclərinə;

5.Hər hansı istiqamətdə maliyyə ehtiyac olduqda hovuzdan istifadə olunur

Fəaliyyət istiqaməti

Hovuzun fəaliyyəti və ya varlığı yetim himayə aylığınının və layihə sponsorluğunun bir növ qorumasıdır.

Cığırın fəaliyyətini bir çəyirdəyə bənzətsək toxum yetim, daxili örtüyü layihələr, qoruyucu qabığı isə hovuzdur. Yetimin Cığır fəaliyyətinin meyvəsi hesab olunması belə izah edilə bilər ki, ana məqsəd yetim, onun rifahı, xoşbəxtliyidir. Aylıq ödəmə ilə onun cüzi ehtiyacları ödənirsə, layihələrlə onun mənəvi, sosial, təhsil, psixoloji və ya digər ehtiyacları ödənilir.

Əziz xeyirsevər, hovuz ailənin fondu vəzifəsini icra edir.

Cığır” ailəmizin ayaqda durması üçün yetimlərimizin rəhmət buludu olan hovuzda sənin də zərrən olsun.

 

Günəş yeri qızdırdığı kimi sizlərin qayğısı da yetim qəlblərdəki buzları əridir.

“… Onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.” (Səcdə, 16-17)

Sosial mediada bizi izləyə bilərsiniz.