Himayə sistemi nədir?
Himayə etmək bir yetimə sponsorluq etməkdir. Himayəçilik bir şəxsin insanlıq adına sahib olduqları ilə paylaşmasıdır. Cığır güvən, əminlik və şəffaflıq prinsipinə sadiq olaraq xeyriyyəçiyə bir yetimə ayda 55 manat ödəməklə onun az da olsa yükünü xəfiflətməklə yanaşı, daha böyük olan qəlb tətminliyi olan şükrü yaşatmaq fürsəti verir. Yetimə dəstək- insanın öz mənəviyyatına dəstəkdir. Ayda 55 manat deyib keçməyin.Bir ailənin ümididir, gözləməsidir, planlamasıdır büdcəsini. Sizin könül xoşluğu ilə verdiyiniz hər zərrə bir ümman bərəkət qazanmış olur. Bunu əmanətlər deyir.
Beləliklə,Sevimli balalarımız – əmanətlərimizlə təyin olunmuş məbləğlə paylaşaraq dəstək ola bilərsiniz. Yaxud da uşaqların sağlamlığına, təhsilinə, ev şəraitinin yaxşılaşdırılmasına, geyim və ərzaqla təmin olunmasına yardım edə bilərsiniz.
Himayə işinin məqsədyönlü iş qaydası
Himayə işi yetim əmanətimizin sənədlərinin tam və dolğun şəkildə toplanılaraq nümayəndəmizə təqdim olunması ilə başlayır. Uşaq sayı çox olduğundan ev ziyarətlərinə gediş ədalətli şəkildə növbə sistemində həyata keçirilir. Ev ziyarətinə gedən nümayəndəmiz 50 manatlıq bazarlıq və uşaq başına 2 kq miqdarında qurban əti aparır (Xeyriyyəçilər tərəfindən verilən qurban ətləri toplanır və həmin paylar ev ziyarəti zamanı ailələrə çatdırılır və ya xeyriyyəçinin istəyinə uyğun olaraq heyvanın pulu verilir. Ehtiyac olduqda həmin sədəqə pula qurban kəsilir). Nümayəndəmiz ailə barədə geniş dəqiq məlumat toplayır: uşaqların arzuları, ümidləri, maraq dairələri,təhsil səviyyələri, təhsil aldığı məktəbin vəziyyəti, evlərin şəraiti, sağlamlıqları, ailənin gəlir yeri, mədaxil və məxaric müqayisə olunur və müvafiq ehtiyac müəyyən edilir.
Ətraflı məlumat toplandıqdan sonra uşaqların rəsimlərinin əksini tapdığı Cığır sənədi tərtib olunur və ailə qeydiyyata salınır. Ehtiyac səviyyəsinə müvafiq ailə növbəyə salınr və himayəçi axtarılır.
Himayəçiyə Yetimlərin tanışlıq sənədləri təqdim olunur və himayəçi ayda 55 manat ödəməklə yardım etmək istədiyi yetimi müəyyən edir.
Yetim əmanəti ona çatan əmanəti aldıqda himayəçi ona uyğun şəkildə məlumatla təchiz olunur.
whatsapp və ya e-poçt ünvana şəkil göndərilir