Mənəvi dəyərlərin inkişafına dəstək məqsədilə ictimai birliyimiz 2015-ci ildən etibarən artıq 10 ilə yaxındır ki cəmiyyətdə müsbət sosial dəyişikliklər yaratmağa yönəlik müxtəlif istiqamətli fəaliyyətlər göstərir. Bu illər ərzində birliyimiz cəmiyyətdə mərhəmət kimi ali dəyərin dirçəldilməsi məqsədilə həssas qrup nümayəndələri olan atası dünyasını dəyişmiş uşaqlar və onların anaları ilə bağlı onlarla sosial layihə və proqramlar, xeyriyyəçilik layihələri həyata keçirməkdədir.
Birliyimizin prioritet istiqaməti olan maarifləndirmə təkcə qeydiyyatımızda olan atası dünyasını dəyişmiş uşaqlar və onların anaları ilə bağlı fəaliyyətlərdə öz əksini tapmır, həmçinin cəmiyyətin bütün üzvlərinə xitab edərək hər tərəfli sosial təsirin yaradılmasını hədəfləyir.
Dayanıqlı və genişmiqyaslı sosial təsir yaratmağın əsası olan sosial layihələrin və proqramların həyata keçirilməsi, “Cığır” qeydiyyatında olan 2000-ə yaxın atası dünyasını dəyişmiş uşaqların maddi təminatının yaxşılaşdırılmasına dəstək vermək, həmçinin cəmiyyətin müxtəlif üzvlərinin həssas qrup nümayəndələrinin rifahının yüksəldilməsi Birliyimizin fəaliyyətində xüsusi əhəmiyyətə sahibdir.
Birliyimiz sosial layihə və proqramların dayanıqlılığını təmin etmək məqsədilə ölkəmizdə sosial sahibkarlıq modelini tətbiq edən ilk Qeyri Hökumət Təşkilatıdır. Bu sahədə zəngin təcrübəyə sahib olan Birlik hal-hazırda 12 fərqli sosial sahibkarlıq müəssisə və layihəsinin icrasını davam etdirir.
Milli mənəvi köklərimizə sədaqət göstərərək “Cığır” MDİD İB millətimizin zəngin xeyriyyəçilik ənənələrini yaşatmaq missiyasını böyük fəxarət hissi ilə icra edir. Əmanət qəlblərindəki ən saf duyğularım təcəssümü olan təbəssümə vəsilə olmaq üçün Birliyimiz bu günədək onlarla xeyriyyəçilik layihəsi icra edir.
Founder AND partner
Judy Lynn
Attorney
Cory Flynn
attorney
Jenna Coates
“The lawyers at this firm are very professional and talented. They always impress me with their knowledge and dedication.”
Truva Properties LLC, Founder
Gloritech Inc., VP Operations
“Jenna was so compassionate and really seemed to care about my case! She was so nice to work with and helped me get the results I wanted!”
Personal Injury Client