Əsrimizin bəlası olan Talassemiya xəstəliyindən əziyyət çəkən və uzun zamandır qardaş ölkə Türkiyədə müalicə alan əmanətlərimiz Bakıya qayıtdılar. Balaca bədənləri ilə bu böyük xəstəliyə qarşı mübarizə aparan Murad və Elnur xeyirsevər bacı və qardaşlarımızın yardımı ilə bir il idi ki, müalicə alırdılar və hələ də almağa davam edirlər. Bu balaca əmanətlərimiz üçün həyat mübarizədir və bu mübarizədə onların əllərindən tutacaq ələ ehtiyacları var.