Çiçəklərə qonduq bir arı kimi..
Çiçəkdən informasiya alan arı kimi bizlər də çiçəklərdən aldıq yeni ilhamlar.
Cümə günü görüşümüzdə əmanətlərimizlə bu dəfə çiçəklərdən danışdıq. Çiçəklər haqqında öyrəndikcə sevdik bu yaradılışın gözəlliyini. Eyni zamanda uşaqlar ev tapşırıqlarına əsasən oxuduqları əsərdən rəsmlər çəkib və bu rəsmləri dilləndirərək öz kiçik dünyalarına daxil olmağa bizlər üçün bir cığır açdılar. Uşaqlarla hər görüşümüzdə daha da maariflənir və onlarla birlikdə öyrənməkdən fərəh hissi duyuruq.