“Qurandan məktub var – 18”

“Qurandan məktub var – 18”

Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cismdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır.
Gecələr açıq-aydın gördüyümüz Ay, planetimizə ən yaxın səma cismidir. Yaşayış olmayan bu planetin diametri 3.476 kilometrdir. Bu, Günəş şüalarını özündə əks etdirən bir planetdir.

Deməli, Ay da başqa planetlər kimi özündən işıq saçmır. Quranda oxuyuruq: “Səmada bürcləri yaradan, orada bir çırağı (Günəşi) və nurlu Ayı vücuda gətirən (Allah) nə qədər uca, nə qədər uludur!” (Furqan surəsi, ayə 61).

Yasin surəsində buyurulur: “Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının quruyub əyilmiş köhnə budağı kimi (hilal şəklində) olar” (39).
“Nə Günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər” (40).

“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!” (“Yunis” surəsi, 10/5)
Allah Ayın insanlar üçün illərin hesablanmasında bir ölçü olacağını aydın şəkildə bildirmişdir. Bundan başqa, bu hesablamalar nəzərləri Ayın öz orbitində hərəkəti əsnasındakı yerlərinə uyğun olacağına cəlb edir. Yer-Ay və Yer-Günə istiqamətləri arasındakı bucaq davamlı olaraq dəyişdiyi üçün biz Ayı çeşidli vaxtlarda müxtəlif şəkillərdə görürük. Ayı görməyimiz Ayın Günəşdən aldığı işığı əks etdirməsi səbəbi ilə mümkündür. Bunun üçün də Ayın Günəşin ətrafından işıqlandırılan tərəfi Yerdəki müşahidəçiyə görə həmişə dəyişir. Bu dəyişikliklər nəzərə alınaraq bəzi hesablamalar aparılır ki, bu da illəri hesablamağı asanlaşdırır.
Ay təqvimində aylarla fəsillər arasında əlaqə yoxdur. Eyni ay müxtəlif illərdə müxtəlif fəsillərə düşür. Bu da onunla əlaqədardır ki, Ay təqvimində ilin uzunluğu Günəş təqvimindəkindən bəzən 10 gün, bəzən 11 gün, bəzən də 12 gün qısadır.
Niyə Günəş və Yer arasında Aya ehtiyac var? Günəşi nur, rəhmət, sevgi, şəfqət mənbəyimiz kimi düşünək. Ay bu mənbədən qidalanır və bu qidanı özündə saxlamır, Yerlə paylaşır. Gecəni işıqlandıran Ay, öz işığını Günəşdən alaraq bir çıraq kimi Yer üzünü nurlandırdığı kimi, Allaha, sevgiyə, ədalətə, xeyirə çağıran insanlar da Allahdan uzaqlaşan qəlbləri Allahın nuruna boyamaq vəzifəsi ilə məsuldurlar. İslamın simvolu olan Hilal. Hilal və Rəsul. Hilal təzə Ay. Yeni doğmuş, yenilənmiş. Ayın yenilənməsi hərşeyi təzələyir, günləri həftələr , həftələri aylar, ayları illər əvəz edir. Qaranlığı Ay işıqlandırdığı kimi, Məhəmməd(s.a.v) də qəlbləri zülmətə çevrilmiş insanları nurlandırdı. Ay nuru ilə qaranlığı bəzədiyi kimi,Məhəmməd(s.a.v) də nə üçün yaradıldığını unudanları qəflətdən təmizləyib əxlaqı ilə bəzədi. Hilalın gözəlliyi incəliyindəndir. Əxlaqı, ədəbi hamıya mərhəmətli, şəfqətli olması Rəsulullahın gözəlliyi, incəliyidir.
Quranda Qəmər surəsində “Ay yarıldı” və qiyamət yaxınlaşdı ayəsi keçir. Bu ayə haqqında bir sıra araşdırmalar olsa da, Qəmərin yarılması rəsulun gəlişi ilə hökm sürən şirk cəbhəsinin, cəhalətin yarıldığının şaqqalandığının simvoludur.

Ay-nələr öyrədir bizə? Nə ibrət ala bilərik Aydan?
Gecələrin bəzəyi, işığı olan Ay. Gecələr göy üzünə baxırsınız?
Ayın möhtəşəmliyi..
Ay necə işıq saçır?
Onun arxasında gizlənmiş Günəş onun işıq saçmasında rol oynayır. O Günəş ki, səhərləri öz işığı ilə aydınladar. Ay və ulduzları biz “müəllim və şagird” obrazına bənzədirik. Necə?
Ay-müəllim
Ulduzlar-şagirdlər.
Müəllim öz elmini daim şagirdlərinə verir, onlara elm verməklə yanaşı onlara həyatın dərslərini də anladır. İnsan kimi yetişməyin sirlərini və yollarını öyərdir.
Şagird- müəlliməsinin öyrətdiklərini öyrədir. Müəllimənin yetişdirdiyi şagird artıq hazır vəziyyətə keçid edir.
Ay gecələri aydınladır. Dünyası qaranlığa qərq olan, çıxış yolu tapa bilməyən insanların həyatına Ay olaq. Onların ruhlarının ehtiyacı olan Allahı onlara tanıdaq. Necə ki, Ay hər axşam çıxanda, onun Yaradıcısının necə gözəl olduğunu və gecə Ayı Göy üzünə çıxarmağı unutmayan Allah bizi də unutmaz sözlərini fısıldayar qəlbimizə.
Gecələri yollarımıza işıq saçan Ay, bizim də insanların yollarına işıq saçmağımızı öyrədir. Ay düşünənlər üçün bir ibrətdir.
Sonsuz bir ibrət… Hər elmində ibrətlər vardır.

11 thoughts on ““Qurandan məktub var – 18”

  1. Ay, doğurdan da möcüzəvi bir yaradılış.. Tam olaraq mahiyyətinə belə varmırıq niyə bu qədər sevirik və onda bizi cəzb edən nədir? Amma hələ çox az bilinən tərəfləri ilə də örnək alacağımız çoxx xüsusiyyəti var. Allah bizə Ay kimi Günəşdən işığı alıb qaranlığa Nur olaraq əks etdirə bilməyi nəsib etsin!

Leave a Reply