Könüllülərimizlə “Ayra Gallery”-də Ebru sənəti ilə yaxından tanış olduq.

Könüllülərimizlə “Ayra Gallery”-də Ebru sənəti ilə yaxından tanış olduq.

“Cığır” MDİD İB nəzdində fəaliyyət göstərən “Fidan” Qızlar yurdunun tələbələri, könüllülər və əmanət tələbələrimiz “Ayra Gallery”a Ebru sənəti ilə yaxından tanış olmaq üçün baş çəkiblər. Su üzərində rəsmlər çəkməklə onlar həm yeni incəsənət növü ilə tanış olub, həm də ebru sənətindən böyük zövq alıblar. Ebru sənəti insana, incəsənətə sevgi yaratmaqla bərabər insanın ruhunu dincəldir. Gənclərimiz də bu gözəl fürsətdən istifadə edərək ruhlarını dincəldib, gözəl rəsmləri ilə öz bacarıqlarını kəşf etmişdir.

Məqsədimiz tələbələrimizi yeniliklərlə tanış etmək, onların bacarıqlarına inamı formalaşdırmaq və onlara mənəvi-psixoloji dəstək olmaqdır.

Gənclərimizə bu şəraiti yaradaraq xoş təəssüratlar bəxş edən “Ayra Gallery”a dərin təşəkkürlərimizi bildiririk!