“İnşirah” psixoloji klinika

"İnşirah" psixologiya mərkəzi

Getdikcə artan urbanizasiyanın qarşısını almaq üçün insanlara torpaqla ünsiyyəti öyrətmək, təbiətə sevgi aşılamaq lazımdır.

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Bir çox hallarda psixoloji sağlamlığımızın gündəlik yaşamımıza və münasibətlərimizə təsirini açıq-aydın görməyəndə onu ikinci dərəcəli problem kimi bir kənara buraxır və ya tək başımıza düzəltməyə çalışırıq. 

Artıq 6 ildən çoxdur ki, “Cığır” MDİD İB olaraq cəmiyyətimizin həssas təbəqələri ilə çalışırıq və bu müddət ərzində psixoloji sağlamlığın münasibətlərə, ailə səadətinə, iş fəaliyyətinə və həyatımızın bir çox digər hissələrinə ciddi təsir göstərdiyini və problemlərin burdan qaynaqlandığını gördük. 

Ailə insitutunun pozulması, dəyərlərin (mənəvi, sosial, şəxsi) gözardı edilməsi, fərdlərin, xüsusilə, uşaqların inkişafının yalnız maddi cəhətinin düşünülməsi, emosional intellektə diqqətin ayrılmaması, insanın özünü tanımaması kimi problemlərin könüllü gənc psixoloqlarımızda yaratdığı narahatlıq belə bir mərkəzin gecikdirmədən yaradılmasını tələb edirdi.

Psixoloq, insanı sevgi ilə qarşılayan, empatiya ilə dinləyib, anlayandır. Cəmiyyətimizin həssas təbəqəsi olan yetimlər və dul qadınların ağır itkidən sonra sevgi dolu və peşəkar şəkildə dinlənilməyə və anlaşılmağa ehtiyacları var. Bu ehtiyaca qulaq verməsək uşaqlar cəmiyyətdən bir valideyindən küsərmişcəsinə küsüb, kin və nifrət hissi ilə dola bilərlər. Cəmiyyət isə bir təbəqənin neqativ enerji yükümlü olduğuna görə zədələnə bilər. Beləliklə, cəmiyyətimizin bu həssas təbəqəsinin problemlərini həll edərək Azərbaycanımızda və dünyamızda daha sağlam gələcək naminə “İnşirah” psixologiya mərkəzi  layihəmiz öz hekayəsini yazmağa başladı.

Layihənin aşağıda sadalanan hədəfləri var:

  • İlk növbədə cəmiyyətin ən həssas təbəqəsinə: əmanət uşaqlar, yeniyetmələr, gənclər və dul qadınlara, natamam ailələrə psixoloji yardım etmək: fərdi seanslar, qrup terapiyaları və digər metodlarla;
  • Eyni zamanda cəmiyyətin qabarıq problemlərini müəyyən edərək (məs: ünsiyyət qurmaq, dinləmək, empatiya qurmaq, ailə problemləri və s.) onların təhlilini aparıb, həll yolu axtarmaq: növbənöv terapiya metodları və maarifləndirici təlimlərlə insanlarda fərqindəlik yaradaraq;
  • “Cığır” MDİD İB-nin könüllüləri arasında düzgün ünsiyyət qurma, komanda qurma, professional münasibətlərin formalaşması, iş planına və prinsiplərinə uyğun rəftar bacarıqlarının formalaşması və inkişafı və könüllülərin şəxsi problemləri ilə maraqlanmaq, etik kodeksin tərtibi: təlim, fərdi seanslar və s..

“Psixoloji sağlam fərd, psixoloji sağlam cəmiyyət deməkdir.”

Layihənin gedişatı:

Sosial mediada bizi izləyə bilərsiniz.