“Gözəl düşüncə” layihəsində növbəti mövzü “Sosial iş və Quran” oldu.

“Gözəl düşüncə” layihəsində növbəti mövzü “Sosial iş və Quran” oldu.

“Gözəl düşüncə” layihəsi çərçivəsində BDU Sosial Elmlər və Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Salehov Saleh “Sosial iş və Quran” mövzusu ilə çıxış etdi. Könüllülük həftəsinə və könüllülərə həsr olunmuş bu görüşdə “Könüllülük nədir?”, “Könüllü kimdir?” və “Quranda Allah könüllülükdən bizə nə danışıb?” suallarına cavab axtarıldı. “Sosial işçi və sosial xidmətçilər kimlərdir?”, “İnsan niyə başqalarına yardım etməlidir?” kimi dərin mövzuları müzakirə etdik. 200-ə yaxın tələbə və 50-dən çox qadın könüllüsü olan “Cığır” İB-də “Könüllülük həftəsi” ilə əlaqədar aktiv könüllülər çıxış etdi və könüllülük haqqında hisslərindən danışdı. “Xeyriyyəçi tələbələr” adı ilə fəaliyyət göstərən könüllü tələbələrin işlərinə qısa nəzər saldıq.