“Cığır” hər zaman olduğu kimi himayəsində olan uşaqları düşünərək, onların qorxu və narahatçılığını yox etmək üçün yeni layihəyə imza atdı. “Güclü ana – güclü və sağlam övlad tərbiyə edir” düşüncəsini şüar tutaraq, “Cığır” ən “zərif və incə” məxluq olan qadınına gözəl sözü, mütəxəssis-psixoloq vasitəsi ilə köməklik edilir.
BDU-nun İlahiyyət fakultəsi İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Mirzəyeva Yeganə, BDU-nun Psixologiya kafedrasının müəllimi Talıbova Əfsanə və s. “uşaqlara ölümü necə anlatmalı” mövzusunda mühazirə-seminar keçirdilər.
Mütəxəssis- müəllimlər mühazirə oxudular, anaların uşaqlarla münasibətinin diaqnostikasını təyin etmək üçün psixoloji testlər keçirtdilər.
Analar psixoloji-mənəvi problemlərini bizim gözəl psixoloqla bölüşdülər, razı qalacaqları dolğun cavablar aldılar.
Layihəyə atdığımız ilk addımdan sonra anaların təklifi dinlənildi. Analar belə görüşlərə böyük ehtiyacları olduğunu bildirdilər.
“Cığır” BDU-nun əməkdaşları Mirzəyeva Yeganə və Talıbova Əfsanəyə öz təşəkkürünü bildirir.