Ramazan ayında Qax və ətraf rayonlardakı əmanətlərimizlə görüşdük.

Ramazan ayında Qax və ətraf rayonlardakı əmanətlərimizlə görüşdük.

Ramazan gözəllik ayıdır, rəhmət və bərəkət ayıdır.Bu ayda “Cığır” missiyasına sadiq qalaraq, mənəvi dəyərlərin inkişafına dəstək yönündən bütün gücünü səfərbər edərək, sevgi və gözəllik yaymağa niyyətlənib. Belə ki, hər gün təşkil olunan iftar süfrələrindən biri də  Qax və ətraf rayonlarda yaşayan əmanətlərimiz  üçün quruldu. Əmanət balalarımız və dəyərli dul analarımızla gorüş hər kəsin sevincinə səbəb oldu.İftar süfrələrimizi yetimlərlə bəzəməyə çalışdıq. Ən gözəl olandan pay apardıq. “Oxu”ya səslədik. Xeyriyyəçi tələbələrin ürək sözlərini yazdıqları  kitablar onlar üçün əvəzolunmaz hədiyyə oldu. “Sevgi toru” adlı dəyişməz oyunumuz aramızdakı ülfət bağlarını daha da möhkəmlədir. Sevgi və gözəlliyin dünyanı xilas edəcəyinə inanırıq.

Bir cavab yazın