Əmanətlərimizə Ramazan hədiyyələri göndərildi.

Əmanətlərimizə Ramazan hədiyyələri göndərildi.

“Cığır” ailəsi olaraq sevimli uşaqlarımızın bayram sevinclərini birə-beş artırmaq, xoşbəxtliklərini daha da alovlandırmaq üçün neçə-neçə əmanət ailələrimizin evlərinə ziyarət etməyi qərara aldıq. Ramazan boyunca könüllü tələbələrimizin hazırladığı dərslər və oyunlar əsasında əmanətlərimiz üçün keçirilən Ramazan programında iştirak etmiş aktiv əmanətlərin evinə ziyarətə gedildi. Bakı və rayon əmanətlərinə hədiyyə və ərzaq verildi. Uşaqlara oyuncaq və onların mütaliə etmələri üçün seçilmiş kitablar hədiyyə olundu. Bununla bərabər Azərbaycanın ilk xeyriyyə alış-veriş mərkəzi olan “Mülk” tərəfindən bazarlıq edilərək ailələrə fərdi şəkildə təqdim edildi. Sizin verdiyiniz fitrələr sayəsində neçə uşağın üzündəki gülüşün səbəbi, neçə uşağın qəlbinə kök salacaq görüşlər yaşadıq.Qeyd edək ki, bayram layihəmizin 1 həftə müddətində davam edilməsi nəzərdə tutulur. Allah fitrələrinizi fitrətinizə döndərməyə müvəffəq etsin.